10 C
Baku
Wednesday, December 11, 2024

Niyə neftin qiyməti $100 qalxmayacaq?

Dünya neft bazarlarında ən vacib məsələlərdən biri ABŞ-ın neft hasilatı ilə bağlıdır. Çox güman ki, OPEC ABŞ-da neft hasilatının nə zaman azalmağa başlayacağını bilmək istəyir.

Banker.az xəbər verir ki, ABŞ-ın son on ildə neft hasilatını bərpa etməsi OPEC-in qlobal neft bazarlarına nəzarəti zəiflədib. 8 ildən az müddətdə ABŞ-da neft hasilatı gündə 6 milyon bareldən gündə 12 milyon barelə qədər artıb. Bu artım, bu gün neft qiymətlərinin bir barrel üçün 100 dolları keçməməsinin yeganə səbəbidir.

OPEC ABŞ-ın neft hasilatının azalmağa başlamasını gözləyir. Sonra neft bazarlarına nəzarəti bərpa etməyə başlamaq olar.

Və o, çox gözləməyəcək. Keçən həftə KİV-lər Perm hövzəsində neft hasilatının azaldığını bildirmişdirlər. Qeyd edək ki, Perm hövzəsi ABŞ-ın ən vacib neft hasil edən bölgələrindən biridir. ABŞ-da neft hasilatının böyük hissəsi şist neft hasilatı ilə əlaqələndirilsə də, dənizdə neft hasilatı böyük sıçrayış edib. Son on il ərzində ABŞ-ın Meksika körfəzində neft hasilatı gündə 1,2 milyon bareldən gündə təxminən 2 milyon barelə qədər artıb.

Beləliklə, ABŞ-ın ümumi neft hasilatındakı tendensiyaları nəzərdən keçirməyə dəyər. Əvvəlki qrafik göstərir ki, bu dövrün sonunda istehsal azalmağa başlaya bilər. Əslində Enerji Məlumat İdarəsi (EIA), may ayından bəri ABŞ-da neft hasilatında azalma tendensiyasını qeydə alıb. Əsas sual belədir: bu anomaliyadır, yoxsa sabit tendensiyanın başlanğıcıdır?

İstehsal artımı o qədər sürətlə düşür ki, ilin sonuna qədər onun sıfıra düşmək ehtimalı var. Eniş sürətinin ilin əvvəlinə nisbətən daha aşağı olacağını fərz etsək də, il ərzində artım sıfıra düşəcəkdir.

Hazırkı azalma tendensiyasının qalıcı olub-olmayacağını söyləmək çətindir. Buna oxşar bir vəziyyət 2015-ci ildə başlamışdı, lakin 2017-ci ildə neft qiymətləri bir barel üçün 30 dollardan 50 dollara qədər artdığına görə bu tendensiya öz istiqamətini dəyişdi.  

Enişin qarşısını almaq üçün neftin qiyməti kəskin artmalıdır. Əgər bu baş verməsə, ABŞ-ın neft hasilatı yenidən aşağı düşəcək.

Bu, OPEC-in ümid bəslədiyi nəticədir. Onların əsas məqsədi dünya neft bazarı üzərində nəzarəti bərpa etməkdir.

Son xəbərlər
Digər xəbərlər