13 C
Baku
Sunday, April 14, 2024

Nofəl Rzayev “PAŞA Sığorta”nın Direktorlar Şurasını tərk edib

“PAŞA Sığorta” ASC-nin Direktorlar Şurasının üzvlərindən biri vəzifəsini tərk edib.

Bu barədə Banker.az-a daxil olan məlumatda bildirilir.

Məlumata görə, Nofəl Qəhrəman oğlu Rzayev sığorta şirkətinin Direktorlar Şurasının üzvü vəzifəsindən ayrılıb.

Bununla da Direktorlar Şurasının üzvlərinin sayı 6 nəfərə düşüb. Hazırda “PAŞA Sığorta”nın bu orqanına Fərid Məmmədov sədirlik edir.

Nofəl Qəhrəman oğlu Rzayev Texas Universitetinin İqtisadiyyat və siyasi iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.

“PAŞA Sığorta” ASC ilə paralel “PAŞA Həyat” ASC-nin Direktorlar Şurasının üzvüdür. Həmçinin, “MP Group” MMC-nin baş icraçı direktorunun müavinidir.

Daha əvvəllər isə “PAŞA Sığorta”nın Baş Əməliyyat İnzibatçısı və sonradan İdarə Heyətinin Sədri vəzifəsində çalışmışdır.

Son xəbərlər
Digər xəbərlər