Azərbaycanda sement istehsalçısı “Norm” ASC qiymətləri azaldıb.
Banker.az bu barədə şirkətin elanına istinadən xəbər verir.
Elanda bildirib ki, sement şirkəti tərəfindən 1 noyabr 2022-ci i il tarixindən etibarən çeşidindən, satış həcmindən, qablaşdırma formasından, regiondan və digər satış şərtlərindən asılı olaraq, kisə sement məhsullarının 1 tonunun qiymətinə 6-12%-dək endirim tətbiq ediləcək.
Qeyd edək ki, Azərbaycanda sementin 50 kiloqramlıq kisəsinin qiyməti orta statistik olaraq 8.70 manata qədər bahalaşıb. Bu ötən il 8.40 manat idi.