13 C
Baku
Saturday, May 4, 2024

Sement bazarının ən böyük iştirakçılarından biri “Norm” hesabatlarını açıqladı

Azərbaycanda iri sement zavodu olan “Norm” ASC 2021-ci il üzrə illik audit hesabatını açıqlayıb.

Banker.az xəbər verir ki, şirkətin aktivləri 1 yanvar 2022-ci il tarixinə 299.06 milyon manat təşkil edib.

Onun aktivlərinin 157.87 mln. manatı uzunmüddətli aktivlər, 141.18 mln. manatı isə qısamüddətli aktivlər olub.

Uzunmüddətli aktivləri 2.4 faiz azalıb. Bu azalmanın səbəbi onun əmlak və tikili avadanlıqlarının 161.84 milyon manatdan 155.47 milyon manata düşməsidir.

“Norm” 2021-ci ildə cəmi öhdəliklərini 48.9 mln. manatdan 52.13 mln. manata qaldırıb.

Uzunmüddətli öhdəliklərindən təxirə salınmış vergi öhdəliyini yarısını ödəyə bilib. Onun ilin əvvəlində olan 9.01 mln. manatlıq təxirə salınmış vergi borcu azalaraq 4.27 mln. manat təşkil edib.

Qeyd edək ki,sement zavodu 2021-ci ildə ili 28.4 mln. manat xalis mənfəətlə tamamlayıb.31231231231231231231

3 1 2 3 1 7

Son xəbərlər
 ⁠
Digər xəbərlər