13 C
Baku
Saturday, November 23, 2024

Norveç kapitallı BOKT 350 min manat faizli borca girdi

21 dekabr, 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC-nin tədavül müddəti 540 gün, nominal dəyəri 1000 manat olan AZ2005021533 dövlət qeydiyyat nömrəli, 350,000 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Bu barədə Banker.az-a BFB-dən məlumat daxil olub.

Məlumata görə, hərrac zamanı 9 investor tərəfindən 1 000 manat qiyməti ilə 9 sifariş təqdim edilmişdir.

İstiqrazın illik faiz dərəcəsi 14%, faiz ödəniş dövrü isə 90 gün təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 350,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 350,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 13.06.2024-cü ildir.

Yerləşdirmə üzrə anderrayter “Az-Finance İnvestisiya Şirkəti” QSC-dir.

Son xəbərlər
Digər xəbərlər