8 C
Baku
Friday, December 13, 2024

Növbəti Bank elektron arayış sisteminə qoşuldu

“Bank Technique” “Elektron Hökümət” (e-gov.az) portalı vasitəsilə elektron arayış sisteminə qoşulub.

Banker.az xəbər verir ki, bankla portalın operatoru, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, vətəndaşlar bank xidmətlərindən istifadə etdikdə iş yerindən arayışları elektron qaydada təqdim edə bilərlər.

Elektron arayışların qəbulu Bankın bütün xidmət nöqtələrində həyata keçirilir. Yeni sistem istifadəçilərin vaxt qənaətinə və rahatlığına yönəlib. Vətəndaşlar istənilən yerdən internet vasitəsilə e-gov.az portalına daxil olaraq, avtomatik formalaşan arayışı elektron şəkildə banka göndərə bilərlər. Qeyd edək ki, e-arayışlar “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vasitəsilə formalaşdırılır. Elektron hökümət portalında xidmətlərdən yararlanmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etməklə qeydiyyatdan keçmək olar.

Son xəbərlər
Digər xəbərlər