14 C
Baku
Thursday, May 2, 2024

Növbəti iş ilinin məzuniyyəti avans olaraq götürülə bilərmi?

Əmək Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək məzuniyyəti – işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

Bəs iş ili başlanmamış növbəti iş ilinin əmək məzuniyyətindən istifadə etmək mümkündürmü?

Banker.az xəbər verir ki, mövzu ilə bağlı “vergiler.az”ın sualına əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir:

Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Əmək Məcəlləsinin 113-cü maddəsinin 3-cü bəndi iş ili başlanmamış əmək məzuniyyətinin istifadə edilməsini qadağan edir.

Misal: İşçi 17.11.2022-ci il tarixdə işə başlayıb. Bu halda onun iş ili 17.11.2022-17.11.2023 tarixləri hesab ediləcək. Fərz edək ki, işçi 15.07.2023-ci il tarixdə işəgötürənə müraciət edərək 17.11.2022-17.11.2023 iş ili və 17.11.2023-17.11.2024-cü iş illərinin məzuniyyətindən birlikdə istifadə etmək istəyir. Bu halda işəgötürən ona yalnız cari iş ilinin əmək məzuniyyətini verməli, gələcək iş ilinin məzuniyyəti isə işçi və işəgötürənin razılığına əsasən iş ili başladıqdan sonra istifadə edilə bilər. Əgər işçi 18.11.2023-ci il tarixdə iki iş ilinin əmək məzuniyyətindən istifadə etmək istəyərsə, işəgötürənin razılığı ilə bu hal mümkündür.

Əsas: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabının 2024-cü il nəşri

Son xəbərlər
 ⁠
Digər xəbərlər