7 C
Baku
Thursday, December 12, 2024

Noyabrda Azərbaycan 550 min barrel xam neft hasil edib

2022-ci ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 669 min barrel olub. Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, bunun 550 min barrelini xam neft, 119 min barrelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 33-cü iclasında qəbul edilmiş qərara əsasən, noyabrda ölkədə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min barreldən azaldılaraq 684 min barrel həcmində saxlanılması nəzərdə tutulurdu.

Son xəbərlər
Digər xəbərlər