17 C
Baku
Sunday, May 12, 2024

Nümayəndələr Palatası ABŞ-ın 840 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin gələn il üçün təxminən 840 milyard dollar məbləğində olan müdafiə büdcəsi layihəsini təsdiqləyib.

Layihəni 329 konqresmen dəstəkləyib, 101-i əleyhinə çıxıb.

ABŞ Konqresinin Senatı da müdafiə büdcəsi layihəsinin öz versiyasını təsdiq etməlidir.

Bundan sonra hər iki layihənin detallarının razılaşdırılması üçün komissiya çağırılacaq.

Hər iki palata razılaşdırılmış sənədə yenidən səs verməli olacaq, yalnız bundan sonra imza üçün prezident Co Baydenə göndəriləcək.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər