6 C
Baku
Monday, December 16, 2024

“Nvidia” səhmləri 10% bahalaşıb

İnvestorlar NVIDIA-nın rüblük proqnozlarını və hesabatlarını müsbət qiymətləndirdikdən sonra NASDAQ birjasında çip istehsalçısının səhmləri 10% artaraq 744 dollara çatıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Ötən rübdə NVIDIA gəlirini 265% artıraraq 22.1 milyard dollara çatdırıb. Əvvəlki rüblə müqayisədə artım 22% olub. Səhm başına mənfəət 5.16 dollar təşkil edib (illik ilə müqayisədə +486%). CNBC qeyd edir ki, analitiklər 20.62 milyard dollar gəlir və bir səhm üçün 4.64 dollar qazanc gözləyirdilər. Xalis mənfəət 12.29 milyard dollardan bir qədər az olub – rüb üzrə 33%, illik isə 769%.

NVIDIA-nın öz proqnozları da Uoll-Stritin gözləntilərini üstələyib. Şirkət analitiklərin 22.17 milyard dollar gözlənti ilə bu rübdə 24 milyard dollar qazanmağı planlaşdırır.

Birja ilə bağlı vacib xəbərləri “Investisiya” kanalımızda izləyə bilərsiniz. Burada siz investisiya, əmtəə və birbaşa ticarət əlaqəli son xəbərləri tapacaqsınız.

Son xəbərlər
Digər xəbərlər