Nyu-York meri Bill de Blazio peyvənd olunmuş vətəndaşların sayını artırmaq üçün uşaqlara 100 dollar ödəyəcəyinə söz verib. Xatırladaq ki, ABŞ rəsmiləri daha əvvəl də peyvənd olunanlar üçün 90 milyon dollar xərcləyib.
Banker.az xəbər verir ki, lakin iqtisadçıların fikrincə, bu tədbirlər heç nəyi dəyişməyib.
“5-11 yaş arası uşaqlar peyvənd olunduqları təqdirdə 100 ABŞ dollar alacaqlar”, – deyə Bill de Blazio söyləyib.
“Centers for Disease Control and Prevention”in məlumatına görə, 31 oktyabr 2021-ci ildə ABŞ-da əhalinin 33%-i və ya 111 milyon insan koronavirusa qarşı peyvənd olunub.