-1 C
Baku
Sunday, December 15, 2024

“NZS” pivələrini Çinə də ixrac etdik, həcmi açıqlandı

Azərbaycanda spirtli içkilərin istehsalı ilə məşğul olan “NZS” şirkəti “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə Çinə 21 070 kiloqram məhsul ixrac edib. Şirkətin müraciəti əsasında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə inteqrasiya olunan İqtisadiyyat Nazirliyinin nümayəndəsi ixracatçıya məhsulun mənşə sertifikatının verilməsini təmin edib.

Bu barədə  bildirən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR meneceri Zənurə Talıbova qeyd edib ki, prosedurların sadəliyinə və bütün sənədlərin bir məkandan qısa müddətdə verilməsinə görə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən istifadə edən sahibkarların sayı getdikcə artır.

Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli Fərmanı əsasında yaradılıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər