23 C
Baku
Friday, April 19, 2024

O, nəsilləri ilhamlandırmağı düşünürdü: basketbolçu Kobi Brayantın biznes və investisiya tarixi

Yanvarın 26-da Los-Anceles yaxınlığında məşhur basketbolçu, dövrümüzün ən görkəmli idmançılarında biri, iki qat Olimpiya çempionu və beş qat NBA çempionu olan Kobi Brayant dünyasını dəyişdi.

Brayant idman karyerasını 2016-cı ildə başa vuraraq, digər layihələrin realizəsinə başladı. Basketbolçu vençur fondu, media şirkəti və idman mərkəzi təsis etdi, gənc idmançıların mentoruna çevrildi, idman haqqında qısa cizgi filminə görə Oskar mükafatını aldı.

O, sahibkarlıq sahəsində uğur qazanmış azsaylı idmançılardan biridir. Brayantın sözlərinə görə, onun investisiyalarla məşğul olmasının səbəbi var: özündən sonra iz qoymaq.

“Əgər biznesə münasibətiniz ciddidirsə, bunu sübut edin”
2016-cı ildə milyarder Kris Sakka basketbolçunun sahibkar və investor olmaq arzusundan danışdı. Onun sözlərinə görə, 2010-cu illərdə Brayant startapların və biznes layihələrinin necə işlədiyini müzakirə etmək üçün onunla görüşmək istədi.

Görüş zamanı Sakka basketbolçunun istəyinə şübhə ilə yanaşdı. O düşündü ki, Brayant bir çox peşəkar idmançı kimi biznesə ciddi yanaşmır və sahibkarlıq işini dərindən öyrənməyəcək. Milyarder ev tapşırığı olaraq ona oxumalı olduğu kitablar və baxmalı olduğu videolar verdi.

Brayant ev tapşırığından imtina etmədi. Növbəti bir neçə ay ərzində Sakkanın telefonu gecələr belə sakit dayanmırdı: Brayant onunla məqalələri, podkastları və TED mühazirələrini müzakirə etmək istəyirdi.

“Onun həvəskarlığı təəccübləndirici idi, gecə saat üçdə belə zəng edə bilərdi”, – Sakka bildirir.

Onun inadkarlığı sahibkarlı heyran edirdi. Onun fikrincə, Brayant unikal bir şəxsiyyət idi. İdmançı həmçinin “Apple” in baş direktoru Tim Kuk, “Nike” in keçmiş baş direktoru Mark Parker və Opra Uinfridən də məsləhət alırdı.

Dell, Epic Games və digər 2 milyard dollarlıq investisiyalar
Brayant NBA-nı tərk etməmişdən əvvəl də investisiya edirdi. 2013-cü ildə basketbolçu Web.com-un təsisçisi Ceff Stibel ilə birlikdə 15 fərqli şirkətə sərmayə yatırdı.

Əməkdaşlar rəsmi olaraq həcmi 100 milyon dollar olan “Bryant Stibel” fondunu təsis etdilər və bu, Brayantın idman karyerasını başa vurmasından sonrakı dövrə təsadüf edir. Stibelin sözlərinə görə, onlar anonimliyi qoruyub saxlayırdılar.

Kobi Brayant2 1

Fondun açılışında Brayant investisiyaları NBA komandalarının məşqləri ilə müqayisə etdi. O, gənc idmançılara kömək etməyi sevirdi.

“Əgər on il əvvəl həyatda mənim üçün ən vacib şeyin nə olduğunu soruşsaydılar, qalib olmaq istəyirəm deyərdim. Ancaq indi mənim üçün ən vacib şey başqalarının uğur qazanmasına kömək etməkdir”, – Brayant Kobi.
Brayant və Stibel texnologiya, KİV və potensial “təkbuynuzlulara” böyük diqqət ayırırdılar. Fondun investisiyaları sırasında trekerlər yaradıcısı “Tile”, “Unreal” və EGS rəqəmsal meydançanın tərtibatçısı “Epic Games”, idman mediası “The Players Tribune”, uşaq geyimi istehsalçısı “The Honest Company” və digər layihələr yer alıb.

Ümumilikdə fond 28 şirkətə sərmayə qoyub, onlardan üçün “Dell”, “Alibaba” və “National Vision” dur. 2019-cu ilin sentyabrında “Bryant Stibel” fondunun aktivləri 2 milyard dollardan çox qiymətləndirilmişdir.
Bunda başqa, basketbolçu “Kobe” şirkətini təsis etmişdir, onun inkişaf etdirdiyi brendlər bütün idman sənayesinə təsir göstərir. “Kobe” nin ilk sövdələşməsi 2014-cü ildə “BodyArmor” un 6 milyon dollara satın alınması ilə bağlı olmuşdur.

2018-ci ilin avqustunda “Coca-Cola” şirkəti “BodyArmor” da pay aldı və Brayantın payı 30 dəfə artdı – 200 milyon dollara qədər.
“Oskar” mükafatı ilə təltif edilmə, tədris və biznesdən kənara çıxan digər fəaliyyətlər 2013-cü ilin əvvəlində Brayant “Kobe Studios” prodüserlik media şirkətini təsis etdi, daha sonra onun adı “Granity Studios” ilə əvəz olundu. Şirkət idmana həsr olunmuş podkastlar, kitablar, TV verilişlər və filmlərin buraxılışı ilə məşğul olur.

Layihələrin bir qisminin icraçı prodüseri və ya müəllifi Brayant özü olmuşdur. Məsələn, 2019-cu ildə idmançı böyüklər üçün roman buraxdı, hansıki tennisçi olan gənc qızın sehrli səyahətindən bəhs edir.

“İdman – həyatın gözəl metaforasıdır. Mən hekayələrin köməyi ilə idmançı ilə birləşməyi sevirəm. Möhtəşəm tarix emosional elementlərə toxunur”.
Şirkətin ən məşhur işlərindən biri qısa metrajlı “Bahalı basketbol” cizgi filmi oldu. Onun süjetini Brayant özü yazmışdır.
Cizgi filmi basketbolçunun eyni adlı şerinə əsaslanır, musiqi isə Con Uilyams tərəfindən yazılıb.

2018-ci ildə cizgi filmi “Ən yaxşı qısa metrajlı cizgi filmi” nominasiyasında Oskar mükafatına layiq görüldü. “Basketbol oyunçuları olaraq biz səsimizi kəsməliyik və topu aparmağı davam etdirməliyik. Mən sevinirəm ki, biz bundan daha çox şey edə bilərik”, – mükafatlandırma mərasimində Brayant bildirib.

Kobi Brayant

Brayantın digər uğurlarından biri də onun mentor karyerası idi: o, təcrübəsini NBA-nın digər ulduzları və gənc komandaları ilə bölüşürdü.
2018-ci ildə basketbolçu idmançılar üçün dəriyə qulluq məhsullarının istehsalı startapının (Art of Sport), eyni zamanda “Mamba Sports Academy” təlim mərkəzinin həmtəsisçisi oldu.
“Mamba Sports Academy” nin bazarında futbol, jui-jitsu, voleybol və idmana həsr olunmuş konfranslar keçirilirdi.
Brayant 13 yaşlı qızının basketbol komandasına təlim keçmək üçün mütəmadi olaraq akademiyaya baş çəkirdi. Yanvarın 26-da vertolyot qəzası zamanı o atası ilə bilikdə idi – onlar akademiyaya uçurdular.
“İrs basketbolda deyil, sərmayədədir”

Təqaüdə çıxandan sonra basketbolçu daim hədəflər və qələbələr axtarırdı, USA Today yazır. Brayant bizneslə məşğul olmağı sevirdi, lakin etiraf edirdi ki, onun səbirsizliyi ucbatından istədiyi nəticələr əldə edə bilmir. Brayant idmana və biznesə yeni yanaşırdı, ancaq biznesdən fərqli olaraq basketbol meydançasında uğur qazanmaq üçün çox gözləməli olmurdu.
“Qələbə arzusu hələ də güclüdür, amma indi hər şey başqa cürdür. İdmandakı nəticələr daha aydın görünür: bazar ertəsi axması oynadınsa, qalib olub-olmadığını dərhal biləcəksən.

Biznesdə səbr etmək vacibdir. Uzun məsafəli yoldan geri dönməmək üçün gücünüz olmalıdır və finişin harada olduğunu başa düşmək lazımdır. Hər şeyin daim hərəkət etdiyini başa düşməlisiniz”, – Brayant Kobi.
Buna baxmayaraq, çətinliklər idmançının gözünü qorxuzmadı – o, bütün enerjisini mirasın formalaşmasına sərf edirdi. 2016-cı ildə Brayant mirasının basketbol deyil, sərmayənin olmasını istədiyini bildirdi. Onun fikrincə, investisiyaların dünya üçün əhəmiyyəti çoxdur.

“Basketbolda bütün diqqət qaliblər və çempionatlar üzərindədir. Çempionatdakı qələbələr gəldi-gedərdi. Daha bir çempionatı udan və “Ən yaxşı oyunçu” mükafatına layiq görülən daha bir oyunçu.
Əgər həqiqətən gələcək nəsillər üçün bir şey qoymaq istəyirsinizsə, onlara ilham almağa kömək etməlisiniz, düzdürmü? Gələcək nəsillər möhtəşəm bir şey yaradacaqlar. Və növbəti nəsil bundan ilham alacaq. Və siz bunu əbədi olaraq yaratmış olursunuz, ən gözəl şey də budur”.

Son xəbərlər
Digər xəbərlər