14 C
Baku
Wednesday, May 15, 2024

Ödəmə terminalından 7 min manat oğurlayan şəxs saxlanılıb

Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən marketlərdən birinin qarşısında quraşdırılan ödəmə terminalından 6999 manat oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən bildirilib ki, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən Astara rayon sakini 1995-ci il təvəllüdlü Asim Əsədli və Masallı rayon sakini 1994-cü il təvəllüdlü Xəyal Məmmədov saxlanılıblar.

Faktla bağlı Xəzər RPİ-də Cinayət İşi başlanılıb istintaq tədbirləri davam etdirilir. A.Əsədli və X.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

65a8a314931a665a8a314931a7170555061265a8a314931a465a8a314931a5

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər