Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 2020-ci ilin oktyabr ayı ərzində $560.3 milyon məbləğində valyuta satılıb.
Banker.az bildirir ki, bu, da cari ilin ilk 10 ayı ərzində $6.17 milyard həcmində valyuta satışının həyata keçirilməsi deməkdir.
Oktyabr hərraclarında satılan bu məbləğ isə cari ilin mart ayından sonra ikinci ən böyük rəqəmdir. Bildirək ki, həmin tarixdə COVİD-19 epidemiyası ilə əlaqədar olaraq neftin qiyməti kəskin düşmüşdü. Həmin vaxta, Azərbaycan əhalisi buna böyük reaksiya ilə devalvasiya riskini düşünərək dollar alışını artırmışdı.