10 C
Baku
Friday, December 13, 2024

Oktyabrın 15-dən Qırğızıstandan Azərbaycana yak tədarükünə başlanılacaq

Qırğızıstandan Azərbaycana oktyabrın 15-dən yakların (öküz cinsinə aid heyvan) tədarükünə başlanılacaq.

Bu barədə Qırğız Respublikasının kənd təsərrüfatı naziri Askarbek Canibekov bildirib.

Onun sözlərinə görə, oktyabrda Qırğızıstandan Azərbaycana 100 baş yak göndəriləcək: “Artıq bununla bağlı iki ölkə arasında müqavilə imzalanıb. Aprel səfəri zamanı biz iki ölkə arasında yakların tədarükünə başlanılmasına dair razılaşma imzaladıq”.

Bundan başqa, “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və Qırğız Respublikasının kənd təsərrüfatı naziri Askarbek Canibekov imzalayıblar.

O bildirib ki, artıq iki ölkə arasında bağçılıq sahəsində əməkdaşlıq edilir: “İki ölkənin tədarükçüləri və bağçıları arasında Qırğızıstanda bizə virussuz meyvə ağaclarının (ərik, alma, gilas) tədarükü üçün müqavilələr bağlanıb”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər