14 C
Baku
Saturday, April 27, 2024

Ölkədə ən çox kartof yığımı və ən məhsuldar rayonlar açıqlanıb — SİYAHI

2022-ci ilin ilk səkkiz ayı üzrə kartofun məhsul yığımına dair rəqəmlər açıqlanıb. Bu barədə Banker.az rəqəmləri Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Göstərilir ki, ölkədə cari ilin yanvar-avqust ayları ərzində 54 776 hektar əkilmiş sahənin 86%-ni, yaxud 47 045 hektarından strateji məhsul üzrə yığım baş tutub.

Ötən ilin eyni dövrü ilə müqayisədə yığım sahələri “daralsa” da məhsul yığımı yüksəlib. Respublika üzrə 864 465 ton həcmində kartof yığılıb, bu da 2021-ci ilin eyni dövründən 4% artımdır.

Beləliklə, Azərbaycan 2022-ci ildə kartof yığımı üzrə məhsuldarlığını hər hektar üzrə 183.8 sentnerə çatdırıb. Ötən ildə hər hektara düşən ortalama 172.9 sentner mövcud idi və bu da illik 6%-lik artım deməkdir.

(1 sentner = 100 kq)

Yanvar-avqust
Rayon 2022 2021  İllik müqayisə
 Yığım, ton Yığım, ton
1 Cəlilabad          152,600          149,690 1.9%
2 Tovuz          147,995          145,739 1.5%
3 Şəmkir          146,821          122,132 20.2%
4 Gədəbəy            62,605            58,846 6.4%
5 Qazax            40,610            31,310 29.7%
6 Ağstafa            21,465            21,319 0.7%
7 Sabirabad            19,823            22,037 -10.0%
8 Zaqatala            19,360            19,236 0.6%
9 Şərur            19,291            19,126 0.9%
10 Qusar            17,622            17,534 0.5%

Azərbaycanda Cəlilabad rayonu ən böyük məhsul yığımına görə liderliyini qoruyub. 2022-ci ilin ilk səkkiz ayında öncəki ilin eyni dövrü ilə müqayisədə 2% artımla 152.6 min ton həcmində kartof məhsulunun yığımını həyata keçirib. Bu da respublikanın ümumi kartof yığımında 17% paya sahib olması deməkdir.

TOP10-luqda ən çox artım Qazax rayonunda gedib və elə bu rayon ölkə üzrə ən məhsuldar rayon olaraq qalmaqdadır. Statistika müddəti ərzində rayon ərazsindən 40.6 min ton həcmində kartof yığılıb və hər hektarına  330.2 sentner düşür. Bu məhsuldarlıqla respublika üzrə orta göstəricidən 80% yuxarı nəticədir.

342342342323423

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər