3 C
Baku
Saturday, December 14, 2024

Ölkə tarixinin ən böyük qarəti edildi

Çili paytaxtında cinayətkarlar inkassatorların avtomobilinə hücum edərək təqribən 11 milyon dollar oğurlamışlar. Ölkə tarixinin ən iri həcmli qarətlərindən biri olan bu hadisə Çilinin paytaxtı olan Santyaqo şəhərinin hava limanında baş verib. Silahlanmış cinayətkarlar  inkassatordan pul vəsaitlərinin təyyarəyə yükləndiyi yük terminalına daxil ola bilmişlər. Qarətçilər polisdən qaçarkən yol boyu avtomobil yoluna mismar tökmüşlər.

Bu hadisədə əsas diqqəti inkassator avtomobilinin təhlükəsizliyini təmin edən mühafizəçilərin hava limanı ərazisində silahsız olmaları çəkir. Qeyd edək ki, avtomobilin təhlükəsizliyini özəl təhlükəsizlik şirkəti təmin edirdi. Mühafizə işçilərindən fərqli olaraq qarətçilər yük terminalına daxil olmaq üçün bütün lazımi sənədlərə sahib idilər. Çilinin daxili işlər nazri Rodriqo Pen bildirmişdir ki, “hadisənin yaxşı təşkil edilmiş qrup tərəfindən törədildiyi açıq-aydındır”. Ölkə polisi qarətçiləri ələ keçirmək üçün xüsusi əməliyyat keçirməkdədir.

Son xəbərlər
Digər xəbərlər