17 C
Baku
Friday, May 3, 2024

Ölkədə adambaşına əczaçılıq məhsulları xərcləri 33 manatı keçdi

2022-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 340.7 mln. manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin hesabatına əsasən, cari ilin ilk 4 ayındakı bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 18.8% çoxdur.

Hesabata əsasən, 2022-ci ilin yanvar-aprel aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2.4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Banker.az-ın hesablamalarına görə, qeyd olunan dövrdə əhalinin hər nəfəri əczaçılıq məhsulları və tibbi ləvazimatların alışına 33.5 manat xərcləyib. Ötən ilin yanvar-aprel aylarında isə bu göstərici 28 manat təşkil edirdi.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər