16 C
Baku
Friday, May 3, 2024

Ölkədə mikrokreditlərin həcmi artaraq ₼2.2 milyardı keçib

Azərbaycanda iyulda mikro sahibkarlığa verilən kreditlərin həcmi 2.2 milyard manatı keçib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Mikro sahibkarlara verilən kreditlərin həcmi iyulda 72.8 milyon manat və ya 3.4% artıb.

Bununla da portfelin həcmi 1 avqust 2023-cü il tarixinə 2 milyard 207.5 milyon manat təşkil edib.

Mikro sahibkarlar Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarına uyğun olaraq meyarlar nəzərə alınır. Məsələn, işçi sayı 1-10 nəfər olmaqla maksimum illik dövriyyəsi 200 min manatı keçmədiyi halda mikro sahibkar sayılır.

Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərə verilən kredit 2 mlrd. 522.4 mln. manata yüksəlib, bu, iyun ayında 3% artım deməkdir.

Xatırladaq ki, Azərbaycanda biznes kreditlərinin həcmi 1 iyul tarixinə 11 mlrd. 650.5 mln. manat olub.

 

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər