23 C
Baku
Friday, April 26, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Ölkədaxili pul köçürmələri: Ən sərfəli tarifləri hansı köçürmə sistemi təklif edir?

Ölkədaxili pul köçürmələri: Ən sərfəli tarifləri hansı köçürmə sistemi təklif edir?

0
Ölkədaxili pul köçürmələri: Ən sərfəli tarifləri hansı köçürmə sistemi təklif edir?

Bir müddət öncə Banklarda təqdim olunan təcili pul köçürmələri haqqında məlumatları Sizlərə təqdim etmişdik. Növbəti yazılarımızda müvafiq köçürmələrin regionlar üzrə ən sərfəlilərini araşdırmağı nəzərdə tuturuq. İlk öncə ölkədaxili ən sərfəli pul köçürmə sistemlərini təhlil etdik.

Azərbaycanda banklararası pul köçürmələri əsasən XÖKHS (Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq sistemi), AZİPS (Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar sistemi/Azerbaijan İnterbank Payments System), S.W.I.F.T. və KÖMİS (Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi) vasitəsilə həyata keçirilir. Bununla yanaşı, banklar tərəfindən əsasən fiziki şəxslərə təcili pul köçürməsi xidmətləri göstərilir ki, bu xidmətlər daxilində şəxs bankda hesab açmadan dünyanın istənilən nöqtəsinə bir neçə dəqiqə ərzində pul köçürə bilər.

Aşağıdakı cədvəldə ölkədaxili ən sərfəli təcili pul köçürmələri qeyd edilmişdir. Bu köçürmələrin bəziləri yalnız bir bank daxilində köçürmələr üçün nəzərdə tutulsa da, bəziləri bir neçə bankın xidmət şəbəkəsini əhatə edir. Yalnız bir bank daxilində nəzərdə tutulan köçürmələrə “Access Transfer”, “AFB Transfer”, “Unitransfer” , “Vektor”,  və“Şimşək” sistemlərini misal göstərmək olar. “Monex”, “Xəzri” və “Manat Express” isə bir neçə bankın xidmət şəbəkəsini əhatə edir.

[table id=504 /]