“Bestcomp Group” MMC təşkilati-hüquqi formasını dəyişib.
Banker.az-ın xəbərinə görə, 8 962 330 manat nizamnamə kapitalına sahib olan böyük IT şirkəti bundan sonra qapalı səhmdar cəmiyyət kimi fəaliyyət göstərəcək.
“Bestcomp Group” 1998-ci ildə yaradılıb.
“Bestcomp Group” QSC sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, enerji təminatı və soyutma sistemləri, tətbiqetmələr və proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya kimi geniş çeşiddə xidmətlər təklif edir.
Şirkət 2020-ci ildə 9 704 357 manat xalis mənfəət əldə etmişdi.