7 C
Baku
Thursday, December 12, 2024

On-call kreditlər

On-call kreditlər nədir?

On-call kreditlər – tələbli ssudaların daha bir növüdür, lakin onların müqavilə ilə müəyyən edilmiş müddət məhdudiyyəti mövcud deyil. Borcalan kreditin bank tərəfindən ödənilməsi ilə bağlı tələb irəli sürülənə qədər bu krediti ödəməyə davam edə bilər. Belə borcun qaytarılması bankın tələbi ilə həyata keçirilir, bank ssuda hesabının bağlanmasına bir neçə gün (adətən bir həftə) qalmış bu tələbi irəli sürür. Beləliklə öncədən müəyyən edilmiş qaydada qəti kreditləşmə müddəti mövcud olmur. Krediti bankın öz tələbini irəli sürməsindən öncə də bağlamaq olar. 

On-call kreditlər bir bank məhsulu kimi korporativ müştərilərə yönəlmiş olur. Biznes məqsədli bu kommersiya krediti vəsaitlərin qaytarılması ilə bağlı müəyyən zəmanət ( məhsul, qiymətli kağızlar) müqabilində qısa müddət üçün verilir. Bu zaman borcalan operativ şəkildə öz dövriyyə vəsaitlərini çoxaltmaq imkanı əldə edir, bu isə kontragentlər ilə müəyyən əməliyyatların və ya sövdələrin həyata keçirilməsi zaman olduqca müstəsna əhəmiyyət daşıyır.

Pul vəsaitlərinin hərəkətini əks etdirmək üçün bank müştəriyə xüsusi aktiv-passiv hesab açır, bu hesab özündə adi cari və ssuda hesablarının imkanlarını birləşdirmək iqtidarında olur. Kreditləşmənin limit həcmi isə adətən müştəri tərəfindən kredit üçün təqdim edilən təminatın dəyərindən asılı olur. Pulun hesabdan çıxarılması isə müştərinin öz istəyinə buraxılır.

Faizlərin hesablanması borcun tam bağlanması anına qədər limitin faktiki istifadə olunan hissəsinə şamil edilir. Faizlərin ödənilməsi qrafiki kredit müqaviləsinin imzalanması mərhələsində razılaşdırılır. Kreditin əsas məbləğini isə müştəri istədiyi hissələrlə və ya bütün məbləği eyni anda olmaqla həyata keçirə bilər. Qısamüddətli on-call kreditlərin müştərilər üçün üstünlüyü açıq-aşkardır.

  • Borc götürülən vəsaitdən sərbəst istifadə etmək imkanı;
  • Ödəmə qrafikinin sərbəst seçimi;
  • Aşağı faiz dərəcələri.

VİP-müştərilər üçün banklar adətən faiz dərəcələrin həcmini azaldır, kreditləşmə limitini artırırlar. On-call kreditlərin yeganə çatışmayan cəhəti tələb edilmə anında qaytarılma zərurətidir. Kreditor pulları elə anda istəyə bilər ki, müştəri həmin zaman hələ onları qaytarmağa tam hazır olmaya da bilər.

Son xəbərlər
Digər xəbərlər