2 C
Baku
Saturday, December 14, 2024

Onlarla Çin şirkəti özünə Trumpın qızının adını götürmək istəyir

Banker.az saytının The South China Morning Post nəşrinə istinadən verdiyi xəbərə görə, onlarla çinli şirkət və biznesmen brendlərini “İvanka” sözü ilə qeydiyyatdan keçirmək üçün ərizə ilə müraciət edib. Bildiyimiz kimi, “İvanka” ABŞ prezidenti Donald Trumpın qızının adıdır.

“İvanka” brendi üçün müraciət edən şirkətlər sırasında spirtli içki, kosmetika, qida əlavəsi istehsalı ilə məşğul olan şirkətlər, həmçinin çəki azaldılması xidmətləri göstərən firma da var. Ərizələrin əksəriyyəti hələ ki, nəzərdən keçirilir və ölkə rəhbərliyinin buna icazə verəcəyi hələ ki, aydın deyil.

Nəşrin verdiyi məlumata görə, Çin Xalq Respublikasında adətən məhsul adlandırılması üçün əcnəbi adlardan və yaxud onların Çin dilində olan qarşılığından istifadə edilməsinə icazə verilir. Məsələn, keçən il Amerikanın Apple şirkəti dəri mallar istehsal edən kiçik şirkətə məhkəmə prosesini uduzdu. Belə ki, bu şirkət öz istehsal etdiyi məhsulları iPhone adı altında buraxır.

Son xəbərlər
Digər xəbərlər