OPEC: 2022-ci ilin ikinci yarısında gündəlik qlobal neft tələbatı 100 mln. bareli ötə bilər
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib.
“APA-Economics”in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 6 mln. barel təşkil edəcək. Beləliklə, cari il qlobal gündəlik neft tələbatı 96,6 mln. barel səviyyəsində olacağı proqnozlaşdırırlır.
OPEC-in proqnozuna görə, 2022-ci ildə qlobal neft tələbatı güclü iqtisadi artım gözləntiləri fonunda pandemiyadan əvvəlki səviyyəyə çata bilər. Göstərici illik ifadədə gündəlik təxminən 3,3 mln. barel artaraq 99,86 mln. barelə çatacaq, ilin ikinci yarısında isə neftə olan qlobal gündəlik tələbat 100 mln. bareli keçə bilər.
Hesabata qeyd olunur ki, ötən il qlobal gündəlik neft tələbatı 90,62 mln. barel olub, bu da illik müqayisədə 9,35% azdır.