Neft hasilatının azaldılması mövzusuna həsr edilmiş doqquz saatlıq videokonfransdan sonra, OPEC+ iştirakçıları müzakirələri cümə gününə (10 aprel) təxirə salmaq qərarına gəliblər. Belə ki, tərəflər Meksikanın mövqeyinə görə ortaq razlığa gələ bilməyiblər.
Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat verib.
Agentliyin həmsöhbətlərinin bildirdiyinə görə, OPEC+ nümayəndələri may və iyul aylarında neft hasilatını gündə 10 milyon barel, iyulun 1-dən gündə 8 milyon barel, 2022-ci ilin 1 yanvarından aprelinədək isə gündə 6 milyon barel azaldılması barədə razılaşıblar. Müqavilənin şərtləri Meksikadan başqa bütün ölkələri qane edib – hasilatı 100 min barel azaltmağı tələb edən Rosio Nale videokonfransdan çıxıb.
Xatırladaq ki, müqavilənin ilkin versiyasına görə, Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını 2,5 milyon barel, İraq 1,06 milyon barel, BƏƏ isə 0,72 milyon barel azaldıblar.