2 C
Baku
Saturday, December 14, 2024

OPEC+ inadından dönür: hasilatı 432 min barrel artıracaq

OPEC+ ölkələri may ayında neft hasilatının sutkada 432 min barel artırılması qərarını dəstəkləyiblər.

Banker.az xəbər verir ki, bunu Rusiyanın TASS agentliyi xəbər yayıb.

Bundan əvvəl məlum olub ki, OPEC+ Monitorinq Komitəsinin iclası may ayında neft hasilatının sutkada 432 min barel bərpa olunması tövsiyəsi ilə yekunlaşıb.

“Monitorinqdə gündəlik 432 min barel artım müzakirə olunub, bu tövsiyədir”, – agentliyin həmsöhbətlərindən biri deyib və digərini təsdiqləyib.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Avropa OPEC+ alyasından dəfələrlə neftin hasilatını artırmağı xahiş edirdilər.  OPEC+ ölkələri isə plandan kənara çıxmırdı və aylıq olaraq 400 min barrel gündəlik ifadədə artırırdı. Hazırda isə neftin qiymətlərinin təchizatla bağlı narahatlıqlar fonunda 100 dollar/barrel olması Qərb ölkələrini narahat edir. Bu həmin ölkələrin inflyasiyasını tətikləyir. Yaxın günlərdə Britaniya Krallığının baş naziri Boris Conson dünyanın nəhəng neft ixraçatçısı S.Ərəbistanına hasilatın artırılması ilə bağlı xahiş etmişdi.

Dünən isə ABŞ adminstrasyası açıqlama verdi ki, strateji neft ehtiyatlarından qiymətlərdəki kəskin bahalaşmanı səngitmək üçün 6 ay müddətinə 180 mln. barrel neft çıxaracağını açıqladı. Bu xəbərdən sonra may fyuçersinin qiyməti 107.5 dollara qədər ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər