14 C
Baku
Thursday, March 28, 2024

OPEC iyul ayında neft hasilatını artırıb

Banker.az xəbər verir ki, OPEC təşkilatının nəşr etdiyi hesabata əsasən, təşkilat iyul ayında neft hasilatını Liviya, Nigeriya və Səudiyyə Ərəbistanında neft istehsalının artması hesabına sutkalıq 172,6 min barrelə qədər artırıb. İyun ayında isə bu göstərici sutkalıq 32,869 milyon barrel təşkil edirdi.

Hesabatda qeyd edilir ki, neft hasilatı ən çox Liviya, Nigeriya və Səudiyyə Ərəbistanında artıb. Eyni zamanda, İraq, Anqola və Venesuelada neft istehsalında enmə müşahidə edilib.

Qeyd edək ki, Liviya və Nigeriya OPEC+ müqaviləsinə uyğun olaraq neft hasilatının azaldılması şərtlərindən azaddırlar. Çünki hər iki ölkənin neft sənayesi silahlı qruplaşmaların fəaliyyətindən güclü şəkildə ziyan ilə üzləşib. Təşkilata yaxın mənbələrin verdiyi məlumatda qeyd edilir ki, Liviya iyul ayında neft hasilatını sutkalıq 154,3 min barrel artıraraq 1,001 milyon barrelə çatdırıb. Analoji göstərici Nigeriyada 1 günlük 34,3 min barrel artaraq sutkalıq 1,748 milyon barrel təşkil edib.

Səudiyyə Ərəbistanında isə neft hasilatı sutkalıq 10,067 milyon barrelə çatıb. Bu OPEC+ müqaviləsində sutkalıq razılaşdırılan həcmdən 9 min barrel çoxdur.

Son xəbərlər
Digər xəbərlər