“Çinin neftə olan tələbatı bu ilin sonuna qədər artacaq və gələn il isə tamamilə bərpa olunacağ, ancaq Asiyanın digər ölkələrində neft istehlakı 2021-ci ildə də böhrandan əvvəlki səviyyəyə çatmayacaq”.
Bunu “OPEC”in baş katibi Məhəmməd Barkindo bildirib.
“OPEC-in Aylıq Neft Bazarı Hesabatının sentyabr buraxılışında mövcud vəziyyətin qeyri-müəyyən olduğunu vurğulayaraq bütün proqnozlarımızı dəyişdirdik. Belə ki, Çindən başqa digər Asiya ölkələrində neft tələbatı ilə bağlı məlumatları vəziyyətin hələ də mənfi olduğunu göstərir”,- deyə o vurğulayıb.
M.Barkindo qeyd edib ki, Hindistanın neft tələbatı iyul ayında gündəlik 0,5 milyon barel, avqust ayında isə 0,7 mln barel azalıb: “İndiki şərtlərdə neft istehlakının 2021-ci ildən əvvəl müsbətə dönməsi çətin olacaq.
Ancaq dediyim kimi, xüsusilə bu kimi dövrlərdə ÜDM ilə neft tələbi arasındakı elastik olmayan əlaqələr nəzərə alındığında, qısa müddətli proqnozlarda qeyri-müəyyənlik davam edəcək”.