6 C
Baku
Sunday, December 15, 2024

OPEC neftinə tələbat azalacaq

Bu ilin aprel ayında mart ayı ilə müqayisədə dünyada karbohidrogen təchizatı 180 min barel azalaraq 99,46 milyon barel təşkil edib.

Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatda deyilir.

OPEC və qeyri-OPEC üzrə tədarük aprel ayında martla müqayisədə gündəlik olaraq 1,98 milyon barel azalaraq 69,05 milyon barel/gün təşkil edib. İlkin olaraq, əsas azalma ABŞ, Kanada, Ekvador, Braziliya və Qazaxıstanda baş verib.

Bununla belə, OPEC ölkələrindən neftin tədarükü apreldə mart ayı ilə müqayisədə gündəlik 1,9 milyon barel artıb.

İlkin məlumatlara görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə neftin kommersiya ehtiyatları martda 57,7 milyon barel artaraq 3 milyard barelə çatıb ki, bu da orta beşillik səviyyədən 88,6 milyon barel çoxdur.

2019-cu ildə OPEC neftinə gündəlik tələbat 29,8 milyon barel təşkil edib, 2020-ci ildə isə bu tələbatın gündəlik olaraq 24,3 milyon barel olacağı gözlənilir.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər