9 C
Baku
Thursday, December 12, 2024

OPEC ölkələri oktyabrda “OPEC+” öhdəliklərini 104% yerinə yetirib

OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri bu ilin oktyabr ayında gündəlik neft istehsalını 320 min barel artıraraq 24,4 mln. barelə çatdırıb. Artım əsasən Liviya, İraq və Nigeriyanın hesabına baş verib.

Hasilatın artırılmasına baxmayaraq, OPEC ölkələri “OPEC+” razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində öz öhdəliklərini 104% yerinə yetirib.

Hesabata qeyd edilir ki, “OPEC+” razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad ediliblər. Beləliklə, oktyabrda razılaşmada iştirak edən 10 ölkənin gündəlik neft hasilatı 21,6 mln. barel təşkil edib, bu da plan göstəricisindən 208 min barel azdır.

Xatırladaq ki, aprel ayının 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər