6 C
Baku
Sunday, December 15, 2024

“OPEC+” üzrə hasilat məhdudiyyətinin həcmi dəyişdirilib

OPEC və qeyri-OPEC ölkələri (“OPEC+”) hasilat məhdudiyyətinin həcmində dəyişiklik edib.

“OPEC+” nazirlərinin dünən videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının 3 mərhələdə azaldılması qərarlaşdırılıb. Belə ki, may-iyun aylarında “OPEC+” üzrə neft istehsalı sutkada 9,7 milyon barrel, iyul-dekabr aylarında gündəlik 7,7 milyon barrel, gələn ilin yanvar ayından 2022-ci il aprelin sonunadək isə sutkalıq 5,8 milyon barrel azaldılacaq. Məhdudiyyətlərlə bağlı üçüncü mərhələnin şərtləri bu ilin dekabrında yenidən müzakirə olunacaq.

Xatırladaq ki, “OPEC+” ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən IX iclasında əldə edilən “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, may-iyun aylarında gündəlik hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23 faiz olmaqla 10 milyon barrel, bu ilin iyul-dekabr aylarında 8 milyon barrel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 6 milyon barrel azaldılması nəzərə tutulurdu. OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxildir. Budəfəki öhdəliklərdə kondensat həcmləri nəzərə alınmayıb.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər