6 C
Baku
Sunday, December 15, 2024

“Opel” və “Peugeot” zərərli tullantılara görə $300 mln. ödəyəcəklər

“Stellantis” avtomobil korporasiyası (“Opel”, “Peugeot” və “Citroen” istehsalçısı) zərərli tullantılara görə 300 milyon dollar cərimə ödəyəcəyini açıqlayıb, Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Qeyd olunur ki, korporasiyanın Amerika bölməsi 100 mindən çox emissiyaya nəzarət edən sistemlər ilə bağlı “yanlış və aldadıcı bəyanatlar” verib. Xüsusilə, 2014, 2015 və 2016-cı illərdə istehsal olunmuş “Dodge Ram” pikapları və “Jeep” yolsuzluq avtomobillərindən danışılıb.

Nəşrin bildirdiyi kimi, istehsalçı 96.1 milyon dollar cərimə ödəməyə razı olub. Bundan əlavə, konsern Amerika hökumətinə əlavə 203.6 milyon dollar ödəməyi öz üzərinə götürüb.

“Stellantis” həmçinin ABŞ-da ən azı 600,000 və dünyada 1.5 milyon dizel avtomobilində qeyri-qanuni emissiyaya nəzarət sistemlərinin quraşdırıldığını etiraf edib.

Son xəbərlər
Digər xəbərlər