10 C
Baku
Friday, December 13, 2024

Koronavirusun daha bir təhlükəli növü Rusiyada aşkarlandı

Rusiya alimləri xəstələrdən birinin orqanizmində koronavirusun 18 yeni mutasiyaya uğramış növünün vəziyyətini izah edən preprint hazırlayıblar.

Bu barədə Rusiya KİV-i xəbər verir.

Qeyd edilir ki, Skolkovsk adına Elm və texnologiyalar (Skoltex) institutunun alimləri Rusiya Elmlər Akademiyasının A.A Xarkeviç adına İnformasiyanın ötürülməsi problemləri İnstitutunun, İ.M.Pavlov adına Birinci Dövlət Tibb Universitetinin tədqiqatçıları ilə birlikdə elmi iş hazırlayıblar.

Preprintdə koronavirusa yoluxmuş 47 yaşlı qadının xəstəlik tarixçəsi qeyd edilib. O, apreldə kimya terapiya üsulu ilə müalicə olunarkən palatada koronavirusa yoluxub. Həmin vaxtdan ondan PZR üsulu ilə dəfələrlə analiz götürülüb və test ötən ilin 9 sentyabrına qədər müsbət nəticələr verib.

Virusun yeni variantının mutasiyaları daha əvvəl SARS virusunun inkişafı zamanı müşahidə olunan növlə uyğun gəlir.

Rusiya alimlərinin aşkarladıqları on səkkiz mutasiyadan ikisi daha əvvəl Danimarkada su samurlarında da tapılıb. Həmin vaxt bu ölkədə patogenin yeni variantının daha sürətli çoxalmasından və peyvəndin effektivliyinin şübhə altına düşə bilməsindən ehtiyatlanaraq heyvanları məhv ediblər.

“Sputnik V” koronavirus vaksininin istehsalçısı Aleksandr Qinsburq da qeyd edib ki, Rusiyada koronavirusun unikal ştammının olması ehtimalı var.

Qeyd edək ki, ötən il dekabrın ortalarında Britaniyada koronavirusun yeni ştammı aşkarlanıb. Eyni zamanda bir neçə gün əvvəl Yaponiya alimləri də COVID-19-un daha bir növünü qeydə aldıqlarını xəbər veriblər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri bir neçə dəfə koronavirusun mutasiyaya uğrayacağı barədə xəbərdarlıq ediblər. Koronavirusun yeni ştammları daha çox yoluxdurucu olduğundan əvvəlki variantla müqayisədə 70% sürətlə yayılır. Lakin COVID-19-un bu variantından ölüm və ya ağırlaşma halları hələ müşahidə edilməyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər