19 C
Baku
Monday, May 27, 2024

Orta Dəhliz ölkələri arasında tranzit daşımalarla bağlı çərçivə sazişi imzalanacaq

Orta Dəhliz ölkələri arasında tranzit daşımalara aid məlumatların öncədən mübadiləsini təmin edən elektron gömrük qeydiyyatı portalı yaradılacaq.

Bunu bu gün “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov deyib.

O bildirib ki, bu ilin mart ayında 6 ölkə arasında protokol imzalanıb. Protokola əsasən Orta Dəhliz boyu malların hərəkət edəcəyi ölkələrin sistemə daxil edilməsi, tranzit məsələlərinin maksimum sadələşdirilməsi hədəflənib.

“Həmin protokol əsasında çərçivə sazişi hazırlanıb. Müvafiq prosedurlardan sonra aidiyyatı ölkələrə imzalanması üçün göndəriləcək”- Natiq Şirinov əlavə edib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər