17 C
Baku
Monday, April 29, 2024

Ötən il 2.3 mln. manat gömrük borcunun büdcəyə ödənilməsi təmin edilib

2023-ci il 5 yanvar tarixində müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatmış mallara görə şərti hesablanmış gömrük ödənişlərinin məbləği 41 milyon 524,3 min manat təşkil edib.

Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, 2023-cü il ərzində xarici iqtisadi fəaliyyət iştirakçılarına bildirişlərin göndərilməsi, onların müvəkkil bank hesablarına Komitə tərəfindən alınmalı və dondurulmalı sərəncamların qoyulması, habelə hüquqi müstəvidə həyata keçirilmiş tədbirlərin nəticəsində 2023-cü il 30 dekabr tarixinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatmış mallara görə şərti hesablanmış gömrük ödənişlərinin məbləği 28 milyon 728,8 min manat azalaraq 12 milyon 795,5 min manat təşkil edib.

Hesabat ili ərzində audit olunmuş gömrük orqanlarının fəaliyyəti üzrə 2,3 milyon manat gömrük borcunun dövlət büdcəsinə ödənilməsi təmin edilib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər