-1 C
Baku
Sunday, December 15, 2024

Ötən il Aİ-də yeni elektromobillərin sayı 1.5 dəfə artıb

Avropa İttifaqı (Aİ) ölkələrində 2023-cü ildə təxminən 1,5 milyon yeni elektrik avtomobili (hibridlər istisna olmaqla) qeydə alınıb, nəticədə onların ümumi sayı 4,5 milyona çatıb.

Bu barədə Aİ-nin Statistika İdarəsi (“Eurostat”) məlumat yayıb.

Bu, təxminən 3 milyon elektromobilin qeydə alındığı 2022-ci ilin göstəricisindən 48,5 % çoxdur.

Elektrikli nəqliyyat vasitələrinin payı keçən il ümumi avtomobil qeydiyyatında 14,6 %-ə çatıb ki, bu da öncəki illərlə müqayisədə artımın davam etdiyini göstərir – 2022-ci ildə 12,1 %, 2021-ci ildə 9 %, 2020-ci ildə 5,3 %.

“Eurostat”dan bildirilib ki, dekabrın sonunda elektrik avtomobilləri Aİ-dəki bütün minik avtomobilləri parkının 1,7 %-ni təşkil edib, lakin bu rəqəmlər ölkələr üzrə ciddi dərəcədə fərqli olub.

Məsələn, Danimarkada elektriklə işləyən avtomobillər bütün minik avtomobillərinin 7,1 %-ni təşkil edib. Oxşar yüksək göstəricilər İsveç (5,9 %), Lüksemburq (5,1 %) və Niderlandda (5,0 %) da müşahidə olunub.

Digər yandan, 14 ölkədə elektromobillərin payı 1 %-dən az olub. Bu baxımdan ən aşağı göstəricilər Kipr, Yunanıstan və Polşada (hər biri 0,2 %) qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər