Ötən il Azərbaycan bank kartlarına “fraud” hücumlar daha çox Rusiyadan edilib.
Bunu Azərbayca Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı və nəzarət şöbəsinin rəhbəri Ramil Mahmudov deyib.
O qeyd edib ki, “Visa” və “Mastercard”ın Rusiyaya qarşı sanksiyalara qoşulmasından sonra Azərbaycanda ödəniş kartları ilə bağlı belə dələduzluq faktları daha çox Asiya və Afrika ölkələrindəndir.
“Aydın məsələdir ki, kiber-dələduzluğun coğrafiyası yoxdur. Amma hər bir halda kart sahiblərinin məlumatlandırılması bu tipli halları minimuma endirir. Bununla belə, Mərkəzi Bank kiberhücumlarla bağlı məsələni daim diqqətdə saxlayır. Banklarla birlikdə kifayət qədər işlər görülüb”, – R.Mahmudov əlavə edib.