2020-ci ildə respublikada ümumi elektrik enerjisi istehsalı 25 811.2 mln. kVt·st
olub.
Banker.az Azərbaycan Energetika Nazirliyinin açıqladığı hesabata istinadən xəbər verir ki, bu, 2019-cu illə (26 087,1 mln. kVt·st) müqayisədə 275.9 mln. kVt·st (1.1 %)
azalıb.
Hesabat ilində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 23 033.8 mln.
kVt·st , Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 429,7 mln. kVt·ts , “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 75.1 mln. kVt·st, Müstəqil Elektrik Stansiyaları üzrə 2272.6 mln. kVt·st təşkil etmişdir.