9 C
Baku
Wednesday, December 11, 2024

Ötən il BTC ilə Türkiyə ərazisindən nəql edilən neftin həcmi açıqlanıb

Ötən il Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 228 811 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 1.5% çoxdur.

Bu barədə Türkiyənin borularla nəqletmə operatoru olan “BOTAŞ” şirkətinin məlumatında bildirilir.

Məlumata görə, 2022-ci ildə BTC vasitəsilə Türkiyə ərazisi ilə 225 445 min barel neft nəql edilib, bu da illik müqayisədə 12.64% çoxdur.

Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər