7 C
Baku
Sunday, December 15, 2024

Ötən il daşınmaz əmlakın qeydiyyatında ən yüksək göstərici qeydə alınıb

Ötən il Azərbaycanda 477 351 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb ki, bu da 2022-ci illə müqayisədə 25% çoxdur.

Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova bildirib.

O əlavə edib ki, 2023-cü ildə mülkiyyət hüquqlarının dövlət qeydiyyatında artım dinamikası müşahidə edilməklə ən yüksək göstərici qeydə alınıb.

“Hesabat dövründə mülkiyyət hüququ qeydiyyata alınmış əmlaklardan 54 485-i fərdi yaşayış və bağ evi, 94 735-i mənzil, 316 596-sı torpaq sahəsi, 10 698-i qeyri-yaşayış obyekti, 747-si əmlak kompleksi, 90-ı isə çoxmərtəbəli yaşayış binasıdır”- deyə sədr əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər