-1 C
Baku
Sunday, December 15, 2024

Ötən il qəzalarda ölüm və xəsarət hallarına görə 1 milyon manat sığorta ödənilib

İcbari Sığorta Bürosu (İSB) ötən il qəzalarda ölüm və xəsarət hallarına görə 1 milyon manat ödəniş edib.

Bunu İSB-nin icraçı direktoru Rəşad Əhmədov deyib.

R.Əhmədov bu il üzrə də üçüncü şəxslərin sağlamlığına dəyən zərərlər üzrə ödənişlərin eyni həcmdə proqnozlaşdırıldığını açıqlayıb.

Qeyd edək ki, icbari sığortası olmayan nəqliyyat vasitələrinin sığortası olmadığı halda üçüncü şəxslərin sağlamlığına dəyən zərəri İcbari Sığorta Bürosu qarşılayır. Qanuna əsasən, qəza zamanı ölüm halına görə sığorta ödənişi 5 min manat, xəsarət hallarına görə isə 750-4000 manat həcmdə nəzərdə tutulub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər