1 C
Baku
Saturday, December 14, 2024

Ötən il Xəzər dənizi üzərindən daşınan yükün həcmi məlum olub

2022-ci ildə Xəzər dənizi üzərindən 1.5 milyon ton yük daşınıb.

Bunu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə (TITR) baş katib Qaydar Abdikerimov deyib.

Onun sözlərinə görə, bu daşımalar Qazaxıstan-Azərbaycan marşrutu üzrə Aktau, Kurık, Ələt və Hövsan limanları vasitəsilə həyata keçirilib:

“Bu marşrut üzrə daşımalar 8 dəfə artıb. Ötən il ümumilikdə 33600 konteyner yük danışıb. 2022-ci ildə müşahidə edilən artım onu göstərdi ki, marşrut üzrə nöqsanlar olub. Bunun aradan qaldırılması, maşrturun imkanlarını genişləndirmək üçün Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında 5 illik yol xəritəsi imzalanıb və infrastrukturun qurulmasına 5.5-6 milyard avro ayrılıb” – deyə baş katib əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər