9 C
Baku
Thursday, December 12, 2024

Overdraft nədir və onun növləri

Müasir dünyada insanlar daima maliyyə problemləri ilə qarşılaşır. Bir çoxları öz xərclərini düzgün hesablaya bilir, bəzilərində bu heç də yaxşı alınmır. Ikinci qrupa aid olan insanlar çoxluq təşkil edir. Və onlar həmişə maaş alana qədər tanışlardan borc pul götürməyə məcbur olurlar. Bu, ona görə baş verir ki, bir çoxları “mikrokredit” və ya başqa adla overdraftdan xəbərsiz olurlar. 

Overdraft elə bir kredit vermə prosesidir ki, bu zaman insan müəyyən məbləğdə vəsait alır, lakin bu məbləğdən bir qədər artıq xərcləyə bilir.

Belə bir sistemin bir sıra xüsusiyyətləri var:

  • Qısamüddətli kreditləşmə prosesidir (12 ay)
  • Gəlirdən asılı olan müəyyən limit həddi təyin olunur
  • Müəyyən olunmuş limitdən artıq xərclənmiş pullara faizlər gündəlik hesablanır

Limitin əldə olunması zamanı vaxtlı-vaxtında qaytarılmaq şərti ilə borcalan qeyri-məhdud sayda limit pullardan istifadə edə bilər. Karta pullar daxil olduqda ilk öncə limit, daha sonra yığılan faizlər ödənilir, yalnız bundan sonra yerdə qalan vəsait borcalanın hesabına oturur.

Overdraftın bir neçə növü məlumdur. Əgər siz fiziki şəxssinizsə, onda siz icazə verilmiş və verilməmiş overdraft almaq hüququna maliksiniz. Sonuncu bütün limit məbləği xərcləndiyi zaman baş verir. Borcu cəriməyə yol verməmək üçün ödəmək lazımdır.

Overdraft plastik kartları onlar şəxslərə verilir. Overdraft eləcə də kartı olmayanlara da verilə bilir. Müqavilə bağlanılarkən onlar kart əldə edirlər. Belə mini-kreditlərə olan tələblər bir o qədər sərt olmur.

Bununla yanaşı borcalan bir sıra problemlərlə qarşılaşa bilər:

  • əməkhaqqının vaxtında ödənilməməsi
  • əməkhaqqının azalması nəticəsində limit ödənilməyə bilər.

Ona görə də overdraftın rəsmiləşdirilməsi zamanı gəlirlərdən, eləcə də işə götürəndən əmin olmaq lazımdır. Müxtəlif əməliyyatları həyata keçirən zaman kart xidmətinə görə tutulan komissiyaları da nəzərə almaq lazımdır.

Son xəbərlər
Digər xəbərlər