2 C
Baku
Sunday, December 15, 2024

Özəl bağçalar üçün vergi güzəştləri nəzərdə tutulur

“Azərbaycanda özəl uşaq bağçaları üçün müəyyən vergi güzəştləri nəzərdə tutulur”.

Banker.az xəbər verir ki, bunu “Təhsil biznesi problem və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda bir çox uşaq mərkəzləri faktiki olaraq bağça fəaliyyəti göstərir.

“Bəzi hallarda bu, özəl məktəbəqədər təhsil müəssisəsi üçün lisenziya alınan zaman Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənən təhsil müəssisələrinin tikintisi, maddi-texniki təchizatına dair tələblərin mürəkkəbliyi kimi də başa düşülə bilər. Həm də sahibkarlar bəzi hallarda bu tələblərin mövcud imkanlar baxımından çətinlik yaratdığını qeyd edirlər. Buna görə də aidiyyəti qurumlar tərəfindən bu normativlərə yenidən baxılmasını təklif edirik”,- deyə Orxan Məmmədov qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər