15 C
Baku
Friday, March 29, 2024

Özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardım ayrıldı

Prezident İlham Əliyev Azərbaycanda özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, cəmiyyətin informasiya ehtiyacının ödənilməsi, əhalinin maarifləndirilməsi, ölkədə və beynəlxalq aləmdə Azərbaycan xalqının mədəni irsinin təbliği işində fəal iştirak edən özəl teleradio yayımçılarının maddi-texniki bazasını gücləndirmək məqsədilə Azərbaycanda özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər
Digər xəbərlər