6 C
Baku
Sunday, December 15, 2024

Özbəkistan-Azərbaycan biznes forumunda bir sıra sənədlər imzalanıb – Siyahı

Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun, Özbəkistan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, tikinti, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Biznes forum çərçivəsində iki ölkənin müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb. Banker.az İqtisadiyyat Nazirliyinə istinadən həmin sənədlərin siyahısını təqdim edir:

  • “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində Memorandum”

Sənədi Azərbaycanın Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletov imzalayıblar.

  • “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında 2022-ci il üçün turizm sahəsi üzrə əməkdaşlıq Proqramı”

Sənədi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Özbəkistanın turizm və mədəni irs nazirinin müavini Baxtiyor İbrahimov imzalayıblar.

  • “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında Anlaşma Memorandumu”

Sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Özbəkistanın energetika nazirinin birinci müavini Azim Ahmedxacayev imzalayıblar.

  • “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Özbəkistan Respublikasının “Özarxiv” Agentliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”

Sənədi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov və Özbəkistanın “Özarxiv” Agentliyinin sədri Uluqbek Yusubov imzalayıblar.

  • “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu”

Sənədi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov və Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev imzalayıblar.

  • “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”

Sənədi AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Özbəkistanın İxracın Təşviqi Agentliyinin direktoru Uluqbek Muradov imzalayıblar.

  • “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”

Sənədi AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov imzalayıblar.

  • “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında Xarici İnvestisiyaların Cəlb edilməsi Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”

Sənədi AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Xarici İnvestisiyaların Cəlb edilməsi Agentliyinin direktoru Uluqbek Kasimxocayev imzalayıblar.

  • “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Özbəkistanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov imzalayıblar.

  • “Azərmaş” ASC ilə “Uzavtosanoat” SC arasında Azərbaycanda avtomobil istehsalının lokallaşdırılmasına dair Memorandum”

Sənədi “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov və “Uzavtosanoat”ın sədrinin müavini Sardor Taciyev imzalayıblar.

  • “Azərbaycanın “NərgizMED” şirkəti ilə Özbəkistanın “Meri Naturel” şirkəti arasında məhsulların Özbəkistana ixracına dair Memorandum”

Sənədi “NərgizMED”in direktoru Məlahət Şahramanova və “Meri Naturel”in direktoru Miravzal Mirsadikov imzalayıblar.

  • “Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə “Uztekstilprom” Assosiasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”

Sənədi Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədrinin müavini Səkinə Babayeva və “Uztekstilprom” Assosiasiyasının sədrinin müavini Mirmuxsin Sultanov imzalayıblar.

  • “Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası ilə “Uzpromstroymaterialı” Assosiasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”

Sənədi Azərbaycan Tikintin Materialları İstehsalçıları Assosiasiyasının sədrinin müavini Mayis Qasımov və “Uzpromstroymaterialı” Assosiasiyasının sədrinin birinci müavini Azizbek Baxodırov imzalayıblar.

Son xəbərlər
Digər xəbərlər