10 C
Baku
Wednesday, December 11, 2024

“Özbəkneftqaz” “Şahdəniz” layihəsinə daxil ola bilər

“Özbəkneftqaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yaxın aylarda Özbəkistan şirkətinin “Şahdəniz” layihəsinə daxil olmasına dair saziş imzalaya bilər.

Bunu Bakıda jurnalistlərə Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov deyib.

Qeyd edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə “Şahdəniz” yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).

MənbəReport
Son xəbərlər
Digər xəbərlər