16 C
Baku
Friday, April 19, 2024

Pakistan apreldə Rusiya neftinin idxalına başlayacaq

Pakistan idxalla bağlı bütün kommersiya sazişlərindən sonra aprel ayında Rusiyadan xam neft almağa başlayacaq.

Bu barədə Pakistanın neft naziri Müsadiq Malik bildirib.

Pakistan Rusiya ilə imzaladığı saziş əsasında enerji təhlükəsizliyinə dair plan tərtib etməyə başlayıb. Sənəd Rusiyadan xam neft, qaz və digər yanacaq növlərinin idxalını nəzərdə tutur.

Müsadiq Malikin sözlərinə görə, Rusiya ilə imzalanan saziş Pakistanın xam neftə olan tələbatının 35 faizini ödəməyə imkan verəcək.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər