18 C
Baku
Thursday, April 18, 2024

Pakistan Maliyyə Nazirliyi defolt təhlükəsi elan edib

“Pakistan hökuməti defolta yol verməmək üçün neft məhsullarına subsidiyaların ayrılmasını dayandırmalıdır”.

Bunu ölkənin maliyyə naziri Miftah İsmayıl bəyan edib.

Onun sözlərinə görə, hökumət qiymətləri qaldırmasa, Beynəlxalq Valyuta Fondu (BVF) Pakistanla saziş bağlamayacaq və bu, defolta səbəb ola bilər.

Xatırladaq ki, BVF may ayında xarici maliyyələşdirmə mexanizmi (EFF) çərçivəsində Pakistana 6 milyard ABŞ dolları yardım göstərilməsinin bərpasını təxirə salıb. Yardımın bərpası üçün əsas şərt kimi yanacaq və elektrik enerjisi istehsalına subsidiyaların ayrılmasının dayandırılması irəli sürülüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər